Fransada açıq havada maska taxmaq məcburi oldu

Fransada açıq havada maska taxmaq məcburi oldu

Fransanın paytaxtı Parisdə festivallarda və bazar yerlərində maska ​​taxmaq məcburi edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxmada artımdan sonra bu qərar verilib.

Fransa həmçinin COVID-19-un yeni ştamı olan "Omicron" səbəbiylə Afrikanın 7 ölkəsindən uçuşları dayandırdığını açıqlayıb.

Fransa Baş Nazirliyi yeni ştamın aşkarlandığı Cənubi Afrika, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya və Esvatinidən Fransaya uçuşların ən azı 48 saat dayandırıldığını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada 77, Botsvanada 4, Honq Konqda 2, İsrail və Belçikada hər birində bir aşkarlanan yoluxmanın yeni ştam “Omicron” adının verildiyini açıqlayıb.

ÜST-ə görə, ilkin sübutlar Cənubi Afrika ştamının digər variantlardan daha yoluxucu olduğunu göstərir.

“Omicron” ştamının Cənubi Afrikanın bütün bölgələrində artdığı deyilir.

Mənbə: qafqazinfo.az