Rusiyadan Kuril adaları ilə bağlı mühüm qərar

Rusiya Kuril adalarında azad gömrük zonası tətbiq edəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Baş naziri Mixail Mişustin çıxış edib.

“Kuril adalarında azad gömrük zonası tətbiq edilir. Üçüncü ölkələrdən gələn məhsullara əlavə dəyər vergisi tətbiq edilməyəcək. Bu hüquqlar bütün investorlara şamil olunacaq. Önəmli olan Kurildə istehsal yaratmaq və məşğulluğu təmin etməkdir”, - Mişustin vurğulayıb.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İran polisi İsfahanda etirazçıları öldürüb

SONRAKI XƏBƏR

Fransada açıq havada maska taxmaq məcburi oldu