Qəbiristanlıqda qəhvəxana açıldı - VİDEO

Qəbiristanlıqda qəhvəxana açıldı - VİDEO

Xmelnitski qəbiristanlığında qəhvəxana açılıb.

KONKRET.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, insanlar şəhərin səs-küyündən dincəlmək üçün ora gəlirlər. Köhnə monastırın zirzəmisində təmir işləri aparılıb, hətta film nümayişləri də keçirilir. Qəbiristanlıqda qeyri-standart istirahət üçün nə qədər tələb edirlər və din xadimləri bu barədə nə düşünür?

Xmelnitskinin mərkəzindəki bu qəbiristanlıq heç nə ilə diqqəti çəkmir. Burada şou-biznes ulduzları, görkəmli siyasətçilər və ya şairlər dəfn edilmir, lakin Lvovdakı Lıçakovski və ya paytaxtdakı Baykovo qəbiristanlıqrındakından az ziyarətçi gəlmir.

İnsanlar buraya qəhvə içmək üçün gəlirlər! Pavel artıq ikinci dəfədir gəlir…

“Mən burada istirahət edə bilirəm, çünki şəhər adətən səs-küylüdür, sakit bir atmosfer var, buranın müsbət tərəfi budur”, – Xmelnitski sakini Pavel Yuzvişin deyir.

Qəhvəxana kilsə mağazasında açılıb. Kafeyə az oxşayır. İçəridə cəmisi iki stol var. Hər yerdə ikonalar, rəflərdə lampalar, şamlar və dini ədəbiyyat var. Küncə kiçik qəhvə maşını qoyulub. Musiqi yoxdur – tamamilə sükutdur.

“Əvvəlcə insanlar birtəhər içəri girirdilər, sakitcə soruşurdular ki, burada tükürpədici deyil? Ümumiyyətlə, burada özünüzü necə hiss edirsiniz? Biz deyirdik ki, burada hər şey yaxşıdır, öyrəşmişik, ətrafda qəbiristanlıq olmasında heç bir qəbahət görmürük”, – qəhvəxananın yaradıcısı Veronika Françuk bildirib.

Katolik kilsəsinin zirzəmisində qəhvədən əlavə film də nümayiş etdirilir.

Bura həm də oxumağa gəlirlər. Tələbələr deyirlər ki, distant təhsil üçün ideal yerdir.

“Burda internet var, bəli, ən əsası wi-fi var, ona görə çox yaxşıdır evdə darıxırsan, burda tək oturursan, maraqlı deyil?”, – Xmelnitski sakini Yekatirina Brıla vurğulayıb.

Qəbiristanlıqda istirahət tamamilə pulsuzdur. İşıq, qəhvə pulunun hamısını kilsə ödəyir.

“Çalışırıq ki, insanlar gələ bilsinlər, özlərini evdə hiss etsinlər, görüşə bilsinlər, onlar üçün vacib mövzular haqqında danışsınlar”, – katolik kilsəsinin atası Bartek Şepelyuk əlavə edir.

Mənbə: konkret.az