Təyyarələri qorumaq üçün donuzlardan istifadə etdilər

Niderlandın paytaxtı Amsterdamda təyyarələrin motorlarına quş sürülərinin daxil olmasının qarşısını almaq üçün donuzlardan istifadə edilib.

Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, Şiphol hava limanı bu haqda məlumat yayıb. Bildirilib ki, hava limanının yaxınlığında qazlar və daha böyük quşlardan təyyarə motorlarını qorumaq üçün 20 cüt donuz "qaravul"da dayanacaq.

Sərnişinlərin həyatını son dövrlərdə əməlli-başlı təhlükəyə atan quş sürülərini ərazidən uzaqlaşdırmaq üçün donuzlar yaxınlıqdakı quşları qovalayacaq. İlkin nəticələrin uğurlu olduğu bildirilir. Əvvəlcə hava limanı yaxınlığında donuzların otlaması üçün sədd çəkilib.

Donuzlara görə quşların hava limanının yaxınlığına enə bilmədiyi qeydə alınıb. Bu baxımdan da pilot layihənin uğurlu olduğu vurğulanıb. Eyni zamanda hava limanının yaxınlığına quşların sevmədiyi süni ot örtüyü düzülüb.

Tural Turan

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Kitab, dərslik komplektləri və kağızın idxalı ƏDV-dən azad edilir

SONRAKI XƏBƏR

Bakı və İrəvandan bunu həyəcanla gözləyirik - Sarıgül