Gənclər “ağ ölüm”ə qarşı - VİDEO

Gənclər “ağ ölüm”ə qarşı - VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin təşkilatçılığı 34 nömrəli tam orta məktəbdə karantin tələbləri nəzərə alınmaqla narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda keçirilən görüşdə çıxış edən RPİ-nin rəisi, polis polkovnik-leytenantı Nəvai Qasımov narkomaniyaya qarşı hüquq-mühafizə, o cümlədən polis orqanlarının apardığı qətiyyətli mübarizə tədbirlərindən danışaraq qeyd edib ki, cari ilin 11 ayında Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyya-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı 145 fakt aşkarlanıb ki, onlardan 78-i qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələrin əldə edib saxlanılma faktıdır. Polis əməkdaşları dövriyyədən 12 kq-dan çox marixuana, 2 kq-a yaxın güclü təsir edici narkotik vasitə çıxarıb, rayon ərazisində bitən 1320 kq yabanı çətənə kolları yandırıraq məhv edib.

Polis rəisi qeyd edib ki, xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb. Qalır bu imkanlardan yararlanmaq üçün yaxınlar, doğmalar arasında təbliğat aparmaq. Rəis bildirib ki, əgər qonşunu narahat edən bu problemin həllində kimsə yardımını əsirgəsə sabah onun özü də belə təhlükə ilə üzbəüz qala biləcəyini düşünməlidir. Ən azından üzləşdiyi, eşidib-bildiyi təhlükə barədə polisə məlumat verməlidir.

Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx izlənilib.

Mənbə: www.realtv.az