Məktəblərdə valideynlərdən III doza vaksin tələbi - Nazirlik qəbahət görmür

Məktəblərdə valideynlərdən III doza vaksin tələbi - Nazirlik qəbahət görmür

Bakıdakı məktəblərdə COVID-19-a qarşı III doza peyvənd vurduran valideynlərin siyahısı tutulur. Eyni zamanda, sinif rəhbərləri valideynlərə III dozanın vurdurulmasını tələb edilir.

 

Modern.az-a paytaxtdakı ümumtəhsil məktəblərindən daxil olan məlumata görə, sinif rəhbərləri valideynlərdən III dozanı qəbul etmələrilə bağlı anket məlumatların toplanmasına başlayıblar. Bunu məktəb direktorunun göstərişilə etdiklərini, direktorlar isə yuxarıdan belə göstəriş aldıqlarını bildiriblər.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Modern.az-a açıqlama verib.

 

O deyib ki, III doza ilə bağlı məlumat toplanması, vurulub-vurulmaması ilə bağlı nazirlik tərəfindən hər hansı göstəriş verilməyib:

 

“Nazirlik tərəfindən məktəblərə belə bir göstəriş verilməyib. Amma biz bunu zərurət kimi qarşılamalıyıq. COVID-19 bəlasından qurtulmaq üçün yeganə çıxış yolumuz vaksin olunmaqdır. İstər valideyn, istər uşaq, istərsə də müəllim bu bəla ilə üzləşmək istəmirsə, vaksin prosesi ciddi nəzarətdə saxlanılmalıdı”.

 

Nazirlik rəsmisi məktəblərin belə statistika aparmasında qəbahət olmadığını vurğulayıb:

 

“Məktəblərin belə bir statistika aparmasına yalnışdır deyə bilməzdim. Məktəb də çalışır ki, şagirdi dərsdə davamlı iştirak etsin. Buna görə, məktəb nümayəndəsi şagirdlərin valideyinlərinin sağlamlıq durumunu nəzarətdə saxlayır. Məktəbin qayğısı pis məqsədli məcbur etmə deyil”.

Mənbə: modern.az