Brejnevin hədiyyə etdiyi "Mercedes" satılır - FOTO

Brejnevin hədiyyə etdiyi "Mercedes" satılır - FOTO

SSRİ Kommunist partiyasının baş katibi Leonid Brejnevin yaxın dostu Bolqarıstan Kommunist Partiyasının keçmiş baş katibi Todor Jivkova hədiyyə etdiyi "Mercedes" markalı maşın satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, 1950-ci il istehsalı olan maşına 10 milyon rubl (təxminən 230 min manat) qiymət qoyulub.

Avtomobil cəmi 15 min kilometr gedib.

"Avito" elan saytına qoyulan maşın böyük marağa səbəb olub. Avtomobil hazırda Rusiyanın Sankt-Peterburq şəhərindədir (lent.az).

Bizim.Media


Mənbə: bizim.media