Gürcüstanda “Omikron” ştammına görə 8 ölkə vətəndaşları məcburi karantinə alınacaq

Gürcüstan Afrikada koronavirusun yeni “Omikron” ştammının yayılması ilə əlaqədar olaraq 8 ölkənin vətəndaşlarının ölkəyə daxil olması üçün yeni qaydalar tətbiq edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Noyabrın 28-dən qüvvəyə minəcək qərara əsasən, son 14 gün ərzində Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Svazilend, Mozambik və Malaviyə səfər edən və Gürcüstana gələn istənilən şəxs vətəndaşlığından asılı olmayaraq, 14 günlük özünütəcrid rejimində qalacaq. Bu müddət başa çatandan həmin şəxslər PCR test verməli olacaqlar.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə daha dörd terrorçunu zərərsizləşdirdi

SONRAKI XƏBƏR

Türkiyədə kişi gəlinini zorladı - Nəvəsinin də bioloji atası çıxdı