Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunur

Gürcüstanda taksilərdə siqaret çəkmək qadağan olunur

Gürcüstanda “Tütün haqqında” qanuna ediləcək dəyişikliklərə əsasən, yaxın vaxtlarda taksilərdə siqaret çəkmək qadağan olunur.

Trend xəbər verir ki, təklif olunan dəyişikliyin təşəbbüskarı deputatlar Dimitri Xundadze və Lado Kaxadzedir.

Təşəbbüs əsasında yetkinlik yaşına çatmayanları daşıyan avtomobillərdə siqaret çəkmək qadağan ediləcək. Bu qaydanı pozanlar 200 lariyə qədər cərimələnəcəklər. Sürücü isə avtomobildə siqaret çəkməyə görə 50 lari cərimə ediləcək.

Mənbə: az.trend.az