Avropada daha iki nəfər “Omicron”a yoluxdu

Avropada daha iki nəfər “Omicron”a yoluxdu

Böyük Britaniyada iki nəfər koronavirusun yeni “Omicron” ştamına yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səhiyyə naziri Sacid Cavid açıqlama yayıb.

Bildirilib ki, Cənubi Afrikada “Omicron” ştamına yüzə yaxın yoluxma halı qeydə alınıb. Honq-Konq, İsrail, Belçika və Almaniyada da yoluxanlar var.

Mənbə: qafqazinfo.az