Bu ölkədə yenidən maska ​​taxmaq məhdudiyyəti qüvvəyə mindi

Bu ölkədə yenidən maska ​​taxmaq məhdudiyyəti qüvvəyə mindi

Koronavirusun "Omicron" variantı İngiltərədə aşkarlandıqdan sonra qapalı yerlərdə maska ​​taxmaq yenidən məcburi hala salınıb.

"Unikal" xəbər verir ki, İngiltərə Baş naziri Boris Conson ölkədə 2 "Omicron" virusun daşıyıcısı olmasının ardından mətbuat konfransı keçirib.

Variantın bütün dünyaya yayıldığını və yayılma sürətinin yüksək olduğunu qeyd edən Conson, "Omicron"un “peyvəndlərin effektivliyini qismən də olsa azalda bilən hərtərəfli mutasiya” olduğunu bildirib.

Conson, ictimai nəqliyyat vasitələri və bazarlar kimi qapalı yerlərdə maska ​​taxmaq öhdəliyinin yenidən qüvvəyə mindiyini açıqlayıb.

 

Mənbə: www.unikal.org