Avrokomissiyadan yeni ştamla bağlı açıqlama

Biz koronavirusun yeni “omikron” ştamı haqqında çox məlumatlı deyilik, bu, narahatlıq doğurur. Alimlərə və istehsalçılara (peyvəndlərin - red.) bu növün mutasiyası haqqında tam məlumat öynmək üçün iki-üç həftə vaxt lazımdır.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

O əlavə edib ki, Avropa İttifaqı üçün yeni bir ştamın yaranması fonunda ən vacib məqam sakinlərin təmas dairəsinin daralması və peyvəndləmə olacaq.

Daha əvvəl fon der Leyen bildirmişdi ki, bütün Avropa İttifaqında yayılan koronavirusa qarşı peyvənd istehsalçıları təmas şərtlərinə uyğun olaraq dərhal dərmanlarını yeni ştama uyğunlaşdırmağa başlamalıdırlar.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı cümə günü fövqəladə iclasdan sonra Cənubi Afrikada aşkarlanan koronavirusun yeni variantının narahatlıq doğurduğunu bildirmişdi. Yeni ştam-"B.1.1.529" ÜST tərəfindən yunan hərfi omikron ilə adlandırılmışdır.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Hətta ən yüngül kovid belə uzun müddətli fəsadlar verə bilər

SONRAKI XƏBƏR

İran turistlər üçün vizaların verilməsini bərpa edir