Bu vaksinlər arasındakı müddət 3 aya enəcək

Böyük Britaniya 18 yaşdan yuxarı olan vətəndaşlara gücləndirici peyvənd təklif etmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birgə İmmunlaşdırma Komitəsi (JCVI) hökumətə tövsiyə edib.

Səhiyyə nazirliyi təklifi dəstəkləyib.

Bildirilir ki, gələn aydan ölkədə gücləndirici vaksin vurulacaq.

JCVI-nin tövsiyəsi ilə gücləndirici peyvəndin qarşıdakı aylarda 25 milyondan çox insana vurulacağı gözlənilir.

Qeyd edilir ki, ikinci peyvəndlə gücləndirici arasında müddət 6 aydan 3 aya qədər azalacaq.

3-cü doza vaksinlər “BioNTech-Pfizer” və ya yarım doza “Moderna” peyvəndindən hazırlanacaq.

JCVI prezidenti professor Vey Şen Lim deyib: "Gücləndirici dozasını qəbul etmək “Omicron” ştamına qarşı qorunmamızı artırmağa kömək edəcək”.

Xatırladaq ki, bu gün Böyük Britaniyada 11 nəfərdə “Omicron” ştamı aşkarlanıb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Dinara Əliyeva Plasido Dominqo ilə birlikdə çıxış edib - VİDEO

SONRAKI XƏBƏR

Güclü fırtına Krımda da fəsadlar yaratdı