ÜST: “Koronavirus keçirənlərin “omikron”a yoluxma ehtimalı daha yüksəkdir”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 keçirənlərə “omikron” ştammı ilə yenidən yoluxa biləcəkləri barədə xəbərdarlıq edib.

“COVID-19 keçirən insanların narahatlıq doğuran digər variantlarla müqayisədə yenidən “omikron”a yoluxma ehtimalı daha yüksək ola bilər”, - deyə ÜST-ün məlumatında bildirilir.

Ancaq yeni ştamla yoluxmanın digər variantlarla müqayisədə daha ağır keçib-keçmədiyi hələlik məlum deyil.

“Mövcud məlumata görə, Cənubi Afrikada xəstəxanaya qəbul nisbəti daha yüksəkdir. Bununla belə, bu, “omikron”la deyil, ümumi yoluxanların sayının artması ilə əlaqəli ola bilər”, - deyə ÜST-dən izah edilib.

Eyni zamanda, təşkilatdan mövcud peyvəndlərin COVID-19-un yeni variantına qarşı da təsirli olduğuna əmin edirlər.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda ahıl qadını avtomobil vurub

SONRAKI XƏBƏR

ABŞ Pfizer peyvəndinin "buster" dozasını 16-17 yaşlılar üçün təsdiq edə bilər