İnsanları heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO

İnsanları heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO

Son 15 ildə Xəzər dənizinin suyu 5-10, hətta bəzi yerlərdə 200-300 metr geri çəkilib. Suyun səviyyəsinin aşağı düşməsini bir çox yerlərdə aydın müşahidə etmək mümkündür. Hətta bəzi yerlər bataqlığa çevrilib.

BAKU.WS xəbər verir ki, 2005-ci ildən Xəzər dənizinin səviyyəsində enmələr müşahidə olunmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə İTV-yə deyib ki, Xəzərin daxili su hövzəsi kimi xüsusiyyətlərindən biri onun səviyyəsinin mütəmadi dəyişməsidir: "Artıq uzun illərdir ki, səviyyənin azalması müşahidə olunur. 1995-ci ildən bu günə qədər təxminən 1,5 metr səviyyə aşağı düşüb. Lakin 1977-ci ildən 1995-ci ilə qədər 2,5 metr əksinə qalxmışdı".

Mənbə: baku.ws