Bu ölkədə peyvənd olunmayanlar həbs ediləcək

Bu ölkədə peyvənd olunmayanlar həbs ediləcək

Avstriyada peyvənd olunmayanlara qarşı ağır cəzalar nəzərdə tutulub.

Axar.az xəbər verir ki, qəbul edildiyi təqdirdə fevral ayında qüvvəyə minəcək qanun həm Alp dağlarına gələnlərə, həm də daimi sakinlərə şamil olunacaq.

Peyvənddən imtina edənləri 7200 avroya qədər cərimə və ya bir neçə həftəlik həbs cəzası gözləyir.

Yeganə istisna hamilə qadınlar və 12 yaşa qədər uşaqlar olacaq.

 

Mənbə: axar.az