Qarabağa narkotik vasitələrin daşınması və əkilməsinin qarşını alınıb

Qarabağa narkotik vasitələrin daşınması və əkilməsinin qarşını alınıb

"İşğaldan azad edilmiş torpaqlarımızda illərlə narkotik vasitələrin əkilib becərilməsi və daşınması ilə bağlı məlumatımız var. Artıq o torpaqlarda narkotik vasitələrin həm daşınması, həm də əkilib becərilməsinin qarşını alınıb"

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən Narkomaniya ilə mübarizə: ailə cəmiyyətin sağlamlığıdır adlı dinləmədə çıxışı zamanı Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

Sədrin müavini bildirib ki, səngərdə vuruşan əsgərlərimizin vətənpərvər ruhda tərbiyə almasını həmişə təbliğ etmişik:

"Səngərdə vuruşan əsgərlərimizin cəmiyyətimizə qayıtması, bu bəlaya qarşı psixoloji mübarizə aparmaq hər birimizin borcudur. Doğrudur, bu cür bəlalara qarşı mübarizə aparmağa hər birimiz hazırıq. Sadəcə bəzi hallarda biganəlik var. O biganəliyi görməzlikdən gəlməyiniz bu bəlanın inkişafına yol açır"

Mənbə: modern.az