“Hraparak”: Dünyada Ermənistanın reytinqi ən aşağı reytinqlərdən biridir

“Hraparak”: Dünyada Ermənistanın reytinqi ən aşağı reytinqlərdən biridir

Çox qısa müddət ərzində, bir ildə Ermənistanın reytinqi çox sürətlə aşağı düşməyə başlayıb və Ermənistan ən aşağı reytinqə malik olan ölkələrdən birinə çevrilib. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Müəllifin sözlərinə görə, bu, avtomatik şəkildə olmayıb, ermənilərin fəaliyyətlərinə görə olub.

“Səbəblər isə olduqca çoxdur. Müharibədə çox şey üzə çıxdı. Apardığımız qeyri-mütəşəkkil, dağınıq müharibə. Bu müharibə zamanı idarəçilik yox idi, çünki kimin ağlından nə keçibsə, onu da edib, bu, qəfil düşən küçə döyüşünə bənzərdir. Hərbi texnika, döyüş sursatı və müharibə üçün lazım olan digər əşyaların qıtlığı ilə bağlı məndə elə bir statistika yoxdur, amma orada olanlardan düzgün istifadə olunmadığı göz qabağındadır. Bir gün bəzi erməni birliklərinin başqa erməni birliklərinə qarşı çıxdığı və ona atəş açdığı məlum olsa, təəccüblənməyin”, - deyə nəşr yazıb.

Müəllif qeyd edib ki, Qafan-Gorus yolunun 20 kilometrlik hissəsini belə götürüblər və gömrük məntəqələri inşa etməyə, vergi nəzarəti həyata keçirməyə başlayıblar.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az