ANAMA və həlak olanların ailə üzvləri əhaliyə müraciət edib - VİDEO

ANAMA və həlak olanların ailə üzvləri əhaliyə müraciət edib -  VİDEO

ANAMA və həlak olanların ailə üzvləri əhaliyə müraciət edib.

Day.Az Real TV-ə istinadən bildirir ki, ötən ilin 28 noyabr tarixində, Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən tank əleyhinə minaya düşmələri nəticəsində həlak oldular.

Hadisədən 1 il ötür. Bu gün həlak olan vətəndaşlarımızın ailə üzvləri əhaliyə müraciət edir.

Məsələylə bağlı müxtəlif vaxtlarda müvafiq qurumlar öz növbəsində əhaliyə müraciətlər edir, maarifləndirici işlər aparır. Bu xəbərdarlıqların balıca səbəbi insan həyatının qorunmasıdır.

 

Qeyd edək ki, indiyədək 6 336 ha ərazi mina və phs-dan təmizlənib. Ümumilikdə 27 783 ədəd PHS və mina zərərsizləşdirilib.

Mənbə: news.day.az