Dünyanın ilk dövləti iqlim dəyişiklərinə görə əhalisini köcürdür

Dünyanın ilk dövləti iqlim dəyişiklərinə görə əhalisini köcürdür

Tuvalu ada dövlətinin (Okeaniyada) xarici işlər naziri Simon Kofi, ölkəni su basarsa, sakinlərin köçmək məcburiyyətində qalacağını söyləyib. O, təfərrüatları “Lenta.ru” ilə söhbətində bölüşüb.

Tuvalu hakimiyyəti qlobal istiləşmə ilə bağlı ən pis ssenarini nəzərdən keçirir - adanın ərazisi su altında qalacaq və yaşayış üçün yararsız olacaq. Kofinin sözlərinə görə, bu baş verərsə, Tuvalu dünyada iqlim fəlakətləri səbəbindən əhalisini köçürdən ilk ölkə olacaq. Beş minə yaxın Tuvalu sakini artıq Yeni Zelandiyaya köçüb. "Hazırda bu, dövlətimizin ümumi əhalisinin təxminən 50 faizini təşkil edir", - Kofi vurğulayıb.

Tuvalu naziri BMT-nin iqlim sammitində çıxışından sonra məhşurlaşıb. Videomüraciətdə, o, iş kostyumu geyinərək dizinə qədər suyun içində dayanırdı. Kadrlar Fonqafale adasında çəkilib. Bununla, Tuvalu hakimiyyəti iqlimlə əlaqədar dəniz səviyyəsinin dəyişməsi probleminə diqqət çəkmək istəyib

Mənbə: virtualaz.org