Yeniyetmələri intihara aparan səbəblər hansılardır? - Psixoloq AÇIQLADI

Yeniyetmələri intihara aparan səbəblər hansılardır? -  Psixoloq AÇIQLADI

Uzun müddətdir ki, yeniyetmələrin intihar xəbərlərini oxuyuruq. Gənc yaşlarında, xüsusilə də 13, 14, 17 yaş kateqoriyasında olanların bu addımı atması təəssüf və təşviş doğurur. Səbəblərini araşdırmaq üçün yeniyetmələrin problemlərini dinləyən uzman psixoloq Gülnara Muxtarova ilə söhbət apardıq.

Metbuat.az xəbər verir ki, psixoloq intihara qədər gənclərin hansı proseslərdən keçdiyini açıqlayıb:

- Ümumiyyətlə, yeniyetməlikdövrü özünün böhran ya da kriz dönəmləri ilə daha çox bilinir. Bunun digər tərəfiisə bir çox valideynlər bu dövrlə bağlı məlumatlı olmamasıdır. Məsələn, yeniyetməlikdövrünə qədər hər şey normaldı, uşaq ünsiyyət qurur. 10 yaşdan sonra yeniyetmənin davranışları, düşüncə tərzi sosial çevrəsinə olan davranış tutumlarında ciddi mənada dəyişikliklərbaşlayır və bu da valideynlərin diqqətini çəkir. Valideynlərin problem olaraq baxdıqları məsələdə burdan başlayır.

Yeniyetmələrindavranışlarında fərqli tutumlar, düşüncə tərzləri fərqli yenibir yeniyetmə ortaya çıxarır. Eyni zamanda, məktəb, mühit, sosial amillərdə bu davranışların formalaşmasında öz təsirini göstərir. Məsələn, yeniyetmələrdə problem olaraq gördüyümüz bəzi davranışlar məktəbdə başlayır, daha sonra sosial çevrə ilədavam edir və bu, evə daşınır.

Yeniyetmələrlə söhbətləriniz əsnasında əsasən nədən şikayətlənirlər?

- Yeniyetmə bizə gəldiyində bəzən burada ilk başda valideynlə yeniyetmə arasında anlaşılmazlıq olur. Yeniyetmə başqa danışır, valideyn çox başqa birşey şey. Əslində, bu dönəmi hər yeniyetmə fərqli yaşayır. Kimisi özünə qapanır, öz əhatəsindən, çevrəsindən, ailədə ünsiyyətdən qaçır, kimisi də bunun əksinə, hər şeyə qarşı gələrək, öz doğru bildiklərinin içərisində keçirdir.

Bəzən şikayətlənirlər ki, mən sadəcə anlaşılmaq istiyirəm. Əslində, yeniyetmə bir yerə qədər valideynin istədiyi kimidi olur, sonra bu yaş dönəmində artıq yeniyetmənin davranışı valideynin istədiyi kimi olmaqdan çıxır. Yeniyetmə özünün istədiyi kimi olmağa çalışır və valideyn də bunu qəbul edə bilmir, nəticədə, burada divar hörülür. Valideynin yeniyetməlik dövrü ilə bağlı bilgisizliyi yəni, davranış tərzləri, münasibəti səbəbindən psixoloji dəstək olmayanda divar getdikcə qalınlaşır.

Beləliklə, yeniyetmə valideyni özünün yoxluğu ilə hədələməyə başlayır, istər sağlamlıq, istər fiziki, istərsə də duyğusal anlamdaözünə zərər verməklə bağlı cəhdlərə başlayır. Təbii ki, bu bütün yeniyetmələrüçün keçərli deyil, hər yeniyetmənin özünə zərər verməsi, daha doğrusu,valideynlərini qorxutmaq məqsədilə onları özünün təkliyi ilə qorxutmaq davranışları fərqlidir. Suisid, intihara meyillilik yeniyetmənin anındaplanlaşdırdığı və həyata keçirtdiyi bir durum deyil, bu sadəcə bununla bağlıdüşüncədir. Çox zaman yeniyetmə bununla bağlı məktub hazırlayır. Bu məktubu valideynin görə bildiyibir yerdə yazır və yaxud valideynin asanlıqla tapa biləcəyi bir yerə qoyur və valideyn bunu oxuduğunda təbiiki də narahat olmağa başlayır və buhalda psixoloji dəstəyə ehtiyac duyur.

Yeniyetməlik dövrü keçdikdən sonra gənclik dönəmində olğunlaşmış bir insan valideynini artıq çox da önəmsəmir. Valideynin fikirləri onun həyatında çox da önəmli olmur və valideynlə, ailə ilə bağlı müəyyən travmalar yeniyetməlik dövründən qalan travmatik xatirə olaraq qalır.

Məsələnin həllinə gəlincə, müsahibim deyir ki, bu yöndə valideynlər doğru məlumata sahib olmalıdırlar:

- Təbii ki, burada düzgünpsixoloq seçimi, psixoloji dəstəyin doğru aparılması məcburidir. Beləliklə, həm yeniyetmənin, həm dəvalideynin ünsiyyətinə doğru müdaxiləsi bu problemə yönəlik çıxış yoludur. Bizlər bu durumda sadəcə yeniyetmə ilə işləsək,də bu tək tərəfli birçalışma olacaq. Ona görə də paralel çalışmaq lazımdır.

Gülər Seymurqızı

Mənbə: metbuat.az