Elə yerinə döymə vurdurdu ki, indi o tatunun şəkli üçün pul təklif edirlər - FOTO

Elə yerinə döymə vurdurdu ki, indi o tatunun şəkli üçün pul təklif edirlər - FOTO

Britaniyadan olan Lilit adlı tatu həvəskarı ayağının altına gül döyməsi etdirib və hazırda onun bəzəkli ayağının şəkli üçün külli miqdarda pul təklif edənlər var.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, qız ayağındakı döyməni "TikTok"da paylaşdıqda video tez bir zamanda "virus" kimi yayılıb və 900 mindən çox baxış toplayıb.

Bundan sonra çılpaq qadın ayaqlarının "fanat"ları Lilitin tatusunun şəkli üçün külli miqdarda pul təklif etməyə başlayıblar, lakin qız bu yolla pul qazanmaq fikrində deyil.

Vəziyyət onu çox təəccübləndirib. Tatu salonunda işləyən Lilit bu döyməni sadəcə əyləncə üçün vurdurduğunu etiraf edir.

O, həmçinin, vurğulayır ki, ayağın altına tatu vurdurmaq çox ağrılıdır:

"Ağrıdan az qala huşumu itirəcəkdim. 10 ballıq qiymətləndirmə sistemilə desək, ağrı 10-dan 10-dur".

Natəvan Baxşiyeva

 

 

 

Mənbə: big.az