"Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsində saxtakarlıqlar var" - Elçin Əfəndi

"Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsində saxtakarlıqlar var" - Elçin Əfəndi

"Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsində saxtakarlıqlar var".

Bu fikirləri "Tehsil.biz"ə açıqlama verərkən təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

Ekspert seçkilər keçirilməmişdən əvvəl seçiləcək üzvlərin kimliyi barədə informasiyaların olduğunu bildirib:

"Burada namizədlərin çoxu Qeyri Hökumət Təşkilatının (QHT) üzvləridir, təhsillə əlaqələri yoxdur. Bundan öncə də İctimai Şurada elə adamlar var idi ki, təhsilə heç bir xeyri dəymirdi. İndi də elə üzvlər var ki, ictimaiyyəti dinləyəcəklərini, ictimaiyyət xeyrinə addımlar atacaqlarını düşünmürəm, çünki onların üzv olaraq necə seçilmələri bəlli məsələdir".

Elçin Əfəndi deyir ki, seçilən üzvlər arasında az sayda uyarlı namizəd görmək mümkündür:

"İctimai Şuranın yeni üzvlərini bir-bir araşdırsaq, yalnız bir-iki uyarlı namizəd görə bilərik, digərləri isə yalnız QHT sektorunda uğur qazana bilərdilər. Onların da ictimai şurada yer almaları mənə görə yolverilməz idi. Ümumiyyətlə deyərdim ki, seçkilərdə açıq-aşkar qanun pozuntular var, saxtakarlıq var".

Fəqan Əzimli

Mənbə: tehsil.biz