Kibritlə 10 saniyəyə qıfılı BELƏ açmaq olar - VİDEO

Kibritlə 10 saniyəyə qıfılı BELƏ açmaq olar -  VİDEO

Qıfılı açarsız da açmaq olduğunu bilirdinizmi? Bunun üçün sadəcə bir qutu kibritə ehtiyacınız var.

BiG.AZ xəbər verir ki, "Mohamed Alrussi" ləqəbli mütəxəssis özünün "YouTube" kanalında yerləşdirdiyi videoda bu prosesi addım-addım izah edir.

İlk öncə o, qıfılın işlək olduğunu nümayiş etdirir.

Daha sonra kibritlərin kükürd hissəsini təmizləyib toz halına salır və qıfılın açar salınan yerinə doldurur.

Növbəti mərhələdə kibriti iki yerə bölüb ucunu itilətir və kükürd olan yerə salır.

Həmin kibrit yandıqdan bir neçə saniyə sonra qıfıl özü açılır.

Videonu oxuculara təqdim edirik:

Natəvan Baxşiyeva

 

 

Mənbə: big.az