Afrika ölkəsində rus dili öyrənmək məcburi olacaq

Afrika ölkəsində rus dili öyrənmək məcburi olacaq

Mərkəzi Afrika Respublikası Rusiya ilə sıx əməkdaşlığa başlayıb. Bunun məntiqi nəticəsi olaraq Afrika dövlətində rus dilinin tədrisinə xüsusi diqqət ayırmağa başlayıblar.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Afrika Respublikasında rus dili öyrənmək məcburi olacaq. Daha dəqiqi, universitetlərdə bütün tələbələrə bu dili öyrətməyə çalışacaqlar. Həftənin bir neçə günü xüsusi dərslər təşkil olunacaq.

Tədris birinci kursdan başlayacaq. Hələlik Afrika ölkəsində yeniliyə tam hazır deyillər. Müəllimlərin təsnifatı yüksəltməyə ehtiyacı var. Rusiyadan da Afrikaya müəllimlərdən ibarət qrup gedəcək.

Mərkəzi Afrika Respublikasının hökuməti Rusiya ilə əməkdaşlığın gücləndirilməsinin çox vacib olduğunu açıqlayıb. Bu mənada rus dilinin ali təhsil ocaqlarında tədrisinin əhəmiyyətli sayıldığı qeyd olunub.

Bizimyol.info

Mənbə: www.bizimyol.info