Dünyada koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı 260 milyondan çoxdur

Dünyada koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı 260 milyondan çoxdur

Bakı, 30 noyabr, AZƏRTAC

Dünyada koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı 260 milyon çox, ölüm hallarının sayı isə 5,2 milyondan artıqdır.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ən çoxu ABŞ-da qeydə alınıb (47 837 599 fakt). Sonrakı yerləri Hindistan (34 580 832), Braziliya (22 076 863), Böyük Britaniya (10 176 919), Rusiya (9 604 233), Türkiyə (8 746 055), Fransa (7 388 196), İran (6 108 882), Almaniya (5 791 060), Argentina (5 325 560), İspaniya (5 063 177) və Kolumbiya (5 063 177) tutur.

Koronavirusa yoluxma səbəbindən ölüm hallarının çoxu ABŞ-da qeydə alınıb (771 919 fakt). Sonrakı yerləri Braziliya (614 186), Hindistan (468 790), Meksika (293 859), Rusiya (273 964), Peru (201 071), Böyük Britaniya (144 775), İndoneziya (143 819), İtaliya (133 674), İran (128 394), Kolumbiya (128 394) və Argentina (116 517) tutur.

Azərbaycanda indiyə qədər 586.640 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 552.815 nəfər müalicə olunaraq sağalıb, 7.833 nəfər vəfat edib, 25.992 nəfərin müalicəsi davam edir.

Mənbə: azertag.az