Bütün peyvəndlər omikrondan qoruyur

Bütün peyvəndlər omikrondan qoruyur

Mövcud COVİD-19 peyvəndləri omikron ştammından da qorumalıdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı həkim, Səhiyyə Nazirliyinin nümayəndəsi Oksana Drapkina deyib.

“İndi alimlər başa düşürlər ki, mövcud vaksinlər həm də ağır prosesdən, ölümcül nəticələrdən qoruyacaq”, - Drapkina bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Botsvana və CAR-da koronovirusun təhlükəli B.1.1.529 (omikron) ştammı qeydə alınıb.

 

Mənbə: axar.az