Helikopter qəzasından sağ çıxmış polkovnik-leytenant haqda xəbər var - FOTO

Helikopter qəzasından sağ çıxmış polkovnik-leytenant haqda xəbər var - FOTO

Xəbər verdiyimiz kimi, bugün Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, ikisi yaralanıb.

Oxu.Az xəbər verir ki, yaralılar hazırda Dövlət Sərhəd Xidməti Hospitalında müalicə alırlar.

Yaralılardan biri hərbi pilot, polkovnik-leytenant Emil Cəfərovun qohumlarının verdiyi məlumata görə, qəza nəticəsində onun sol qolu sınıb və digər xırda xəsarətləri var.

Hazırda vəziyyəti stabildir.

Mənbə: www.oxu.az