DİN Fəvvarələr meydanındakı aksiya ilə bağlı MƏLUMAT YAYDI

Bu gün – dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.

Qeyd olunub ki, qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar: "Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə Zəngəzur dəhlizindən faydalarını açıqladı

SONRAKI XƏBƏR

Ermənistanda hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi haqqında qanun layihəsi rədd edilib