Ağcabədidə yanan evdə 3 nəfər həlak olub - FOTO

Ağcabədidə yanan evdə 3 nəfər həlak olub - FOTO

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi evdə yanğın qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Qəsəbə sakini Kərimov Firdovsi Pənah oğluna məxsus evdə baş verən yanğında 2 nəfər evdə qalıb.

Hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb.

Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və Kərimova Nailə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir.

Milli.Az

Mənbə: news.milli.az