Bakıda kütləvi davada 2 nəfər bıçaqlanıb

Bakının Nizami rayonunda iki nəfər boğazından bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində baş verib.

6 nəfər arasında düşən dava zamanı 1993-cü il təvəllüdlü Əhmədov Beytulla Elmar oğlu boğazından, 1978-ci il təvəllüdlü Serkan Aktaş isə baş nahiyəsindən bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur yazıçı onun təcavüzü ittihamı ilə həbsdə yatan şəxsdən üzr istədi - FOTO

SONRAKI XƏBƏR

Tramp ABŞ-da prezident seçkilərində iştirak edəcək