"Fransadakı bəlli çevrələr Ermənistanı Azərbaycanla növbəti qarşıdurmalara sövq edir"

"Fransadakı bəlli çevrələr Ermənistanı Azərbaycanla növbəti qarşıdurmalara sövq edir"

"Almaniyanın Avropa Parlamentindəki təmsilçisi, yaşıllar fraksiyasının üzvü Viola von Cramon-Taubadel də ATƏT-in həmsədri kimi Fransanın dürüst vasitəçi olmadığı fikrindədir. O, dekabrın birində Avropa Parlamentində 44 günlük savaşla bağlı çıxışında bunu açıq şəkildə dilə gətirdi. Yeri gəlmişkən, orada almaniyalı deputatın mövqeyini bölüşənlər az deyil". Kaspi.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev bildirib. 
Deputatın sözlərinə görə, Fransa senatının son açıqlaması həmin ölkə haqda deyilənləri bir daha təsdiqləyir və göstərir ki, oradakı bəlli çevrələr Ermənistanı Azərbaycanla növbəti qarşıdurmalara sövq etmək üçün əllərindən gələni əsirgəmirlər: "Səbəb isə xanım Cramon-Taubadelin də vurğuladığı kimi dürüst vasitəçi olmayan bir dövlətin regionda yenidən bu rolda "fəaliyyət" göstərməsi üçün "şərait"in yaradılmasıdır. Avropa Birliyinin fransız kökənli təmsilçisi Luk Pierre Devinin açıqlamasından da bu, açıq-aydın görünür. Avropa Parlamentindəki dünənki çıxışında "Azərbaycanın münaqişənin həllini bitdiyini bildirməsinə baxmayaraq bu yaxınlarda baş verən toqquşmalar (16 noyabrdakı bir günlük döyüşlər nəzərdə tutulur) onun əksini göstərir", - deyən Devin vəziyyətdən çıxış yolu kimi Minsk qrupu formatında danışıqların intensivləşdirilməsini təklif edib. Demək, ATƏT-in Minsk qrupunun həmsədri olaraq vasitəçi qismində dürüst davranmayan Fransa, postmünaqişə dövründə də oxşar siyasət yeritməkdədir. Bu siyasətin yeni itkilərə yol açması, "kiçik bacı" adlandırdıqları Ermənistanda yaşayanların böyük əksəriyyətinin həyatlarına son dərəcə mənfi təsir göstərməsi parisdəkilərin heç vecinə də deyil". Alpər TURAN

Mənbə: kaspi.az