Prokurorluq “Amnistiya nədir?” adlı videoçarx hazırlayıb - VİDEO

Prokurorluq “Amnistiya nədir?” adlı videoçarx hazırlayıb - VİDEO

Prokurorluq “Amnistiya nədir?” adlı maarifləndirici videoçarx hazırlayıb.

Qurumun mətbuat xidmətindən REAL-a verilən məlumata görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır. Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir. Təqdim olunan video-izah vasitəsilə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli “Amnistiya nədir?” sualını cavablandırıb.

Video-izahı izləməklə həmin sualın cavabını öyrənə bilərsiniz.

Mənbə: www.realtv.az