“Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək

“Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək

Dünyanın ən böyük əyləncə şirkətlərindən biri olan “Walt Disney”in 98 illik tarixində ilk dəfə olaraq qadın idarə heyətinin sədri seçilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 14 il “Walt Disney” idarə heyətinin üzvü kimi çalışmış Syuzan Arnoldu bu ilin sonunda Bob İgeri əvəzləyəcək və 98 illik şirkətin ilk qadın sədri olacaq.

 

Arnold açıqlamasında bildirib ki, o, yeni vəzifəsinə qədəm qoyarkən Disney səhmdarlarının uzunmüddətli maraqlarına xidmət etməyə davam edəcək və şirkətin baş icraçı direktoru (CEO) Bob Çapek ilə yaxından işləməyi səbirsizliklə gözləyir.

Mənbə: modern.az