Qarabağda yeni məktəblər tikilir

"Hazırda Azərbaycanda 4400-dən artıq məktəb var və onların 75 faizi, yaxud 3500-ə qədər tədrisə yararlı vəziyyətə gətirib çıxarılır. Bir çox məktəblərlə bağlı vəziyyəti bilirik. Bütün problemi bir gün, bir ildə həll etmək mümkün deyil" . AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, növbəlilik əsasında proritet məktəblər seçilir:

"Hazırda işğaldan azad edilmiş ərazilərimizdə yeni məktəblər tikilir. Bu məktəblər şəhərdə olan yükü azaltmağa və məcburi köçkün məktəblərinin geriyə qaytarılması prosesində məktəb infrastrukturunun daha da yaxşılaşdırımasına xidmət ediləcək".

Aytən Zəhra
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

"Artsax qəhrəmanlarının kapitulyant tərəfindən cəzalandırılması davam edir" - Akopyan

SONRAKI XƏBƏR

“KTMT ölkələrinin Azərbaycanı qələbə münasibətilə təbrik etdiyini izah etmək çətindir” - Sarkisyan