Tələbənin sosial vəziyyəti ilə bağlı problemi varsa... - Nazir

Təhsil Tələbə Kreditlərinin (TTK) verilməsi prosesi yeni başlayır.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, yüzlərlə tələbənin TTK-ya müraciət prosesi başa çatıb: "Təhsil Tələbə Kreditlərinin verilməsində problemlər 2 qismə bölünür. Bir qismi sistem yeni olduğundan hər hansı bir çatışmazlıqların və yaxud nöqsanların olması gözləniləndir. İkinci qism problemlər isə anlaşılmazlıqla bağlıdır. Biz bildirmişik, tələbənin sosial vəziyyəti ilə bağlı problemi varsa, sosial kreditə müraciət etməlidir. TTK-nın verilmə şərtlərində qeyd olunur ki, tələbənin akademik göstəriciləri yüksəkdirsə, ona ödədiyi faizdə güzəşt olunur və yaxud məbləğdən azad olunur".

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Prezidentin köməkçisindən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT

SONRAKI XƏBƏR

Tbilisidə Saakaşviliyə dəstək aksiyası keçirilir