Prezidentin köməkçisindən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT

“Helikopter qəzası ilə bağlı böhran kommunikasiyasının həyata keçirilməsi və ictimaiyyətin hərtərəfli məlumatlandırılması vacib şərtlərdən biridir. Amma sosial şəbəkədə hadisəyə dair şayiələr yayılır”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, rəsmi açıqlamalar olmadan, hadisə, hadisənin qurbanları olmuş şəhidlər barəsində dəqiqləşdirilməmiş məlumatların verilməsi onların ailəsi üçün psixoloji təzyiq elementi ola bilər.

“Sosial media istifadəçilərindən xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar. Sanki yarışa girirmiş kimi “ilk xəbəri mən yayacağam” prinsiplərindən kənar durmaq çox vacibdir”, - deyə Hikmət Hacıyev əlavə edib.

Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbçi şəhid olub, 2-si isə yaralanıb.

Sosial mediada hadisənin təxribat nəticəsində baş verdiyinə dair iddialar səsləndirilir.

Aqşin Kərimov

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

"Çinin bu addımlarından narahatıq" - ABŞ Müdafiə naziri

SONRAKI XƏBƏR

Tələbənin sosial vəziyyəti ilə bağlı problemi varsa... - Nazir