Aksiyada saxlanılanlar barəsində məhkəmə HƏBS QƏRARI VERDİ - YENİLƏNİB

Aksiyada saxlanılanlar barəsində məhkəmə HƏBS QƏRARI VERDİ - YENİLƏNİB

Dünən Bakının mərkəzində keçirilən etiraz aksiyası zamanı saxlanılan 5 nəfər məhkəməyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, Səbail Rayon məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinən beş ictimai fəaldan İlham Hüseyn 30 sutka, Elçin Teymurov 25 sutka, Elxan Əliyev 20 sutka, Səyyad Quliyev 15 sutka inzibati həbs cəzası alıb.

***

Rüstəm İsmayılbəyli də 30 sutka müddətinə həbs edilib.

Mənbə: qafqazinfo.az