Binəqədi rayonunda qadının çantasından pul və mobil telefon oğurlayan şəxs yaxalanıb

Binəqədi rayonunda qadının çantasından pul və mobil telefon oğurlayan şəxs yaxalanıb

Binəqədi rayonunda qadının çantasından pul və mobil telefon oğurlayan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu il aprelin 20-də Göygöl rayon sakini N.Ələkbərovanın çantasından pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Qasımov Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: azertag.az