Gələn həftə "Yaşat" Fondunun 1 yaşı tamam olur

Dekabrın 8-də - Vətən Müharibəsindən sonra şəhid ailələrinə və yaralılara dəstək məqsədilə ASAN Xidmətin nəzdində "Yaşat" Fondunun yaradılmasının 1 ili tamam olacaq.

Xidmətdən Bizimyol.info-ya daxil olan hesabatda deyilir ki, 2021-ci il dekabrın 2-dək Fonda 64 milyon 773 min 763 manat 77 qəpik vəsait daxil olub. 2916 şəhid ailəsi üzvləri və 4946 yaralı olmaqla ümumilikdə 16 min 348 nəfərlə görüş keçirilib və ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında).10 min 781 şəxsin 15 min 644 müraciəti icra olunub.

Şəhid ailələrinin və yaralıların ehtiyaclarına 49 milyon 54 min 136 manat 86 qəpik pul xərclənib. 15 milyon 719 min 626 manat 91 qəpik hələlik istifadə olunmamış qalıb. Xərclənən vəsaitdən 32 milyon 173 min 789 manat 50 qəpik məişət şəraaitinin yaxşılaşdırılmasına, 445 min 228 manat 51 qəpik təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 5 milyon 395 min 854 manat 57 qəpik istehlak kreditlərinin və başqa borc öhdəliklərinin qarşılanmasına, 11 milyon 39 min 264 manat 28 qəpik isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

IBM şirkəti dünyanın ən güclü kvant prosessorunu yaradıb

SONRAKI XƏBƏR

Külli miqdarda narkotik satmaqda ittiham olunan şəxs bəraət aldı