Hakimi hədələdiyinə görə cəzalanan Ramal Hüseynov: “Ona dedim ki...”

Hakimi hədələdiyinə görə cəzalanan Ramal Hüseynov: “Ona dedim ki...”

Veteranfutbolçu Ramal Hüseynov futbola qayıdar-qayıtmaz cəzalandırılıb. Karyerasınıbitirdikdən sonra ilk dəfə "Səbail”in aşağı yaş qrupları üzrə komandalarında məşqçiliyəbaşlamağı planlaşdıran Hüseynov cəzaya məruz qalıb. O, U-16 Liqasında baş tutan ROFM – "Səbail” matçının 30-cu dəqiqəsində hakimi təhqir etdiyinə və hədə-qorxugəldiyinə görə AFFA-ın İntizam Komitəsi tərəfindən 15 oyun stadiona girişinəqadağa qoyulub.

Veteranfutbolçu Qaynarinfo-ya açıqlamasında həmin vaxt baş verənlərdən danışıb:

"15 oyuncəza veriblər, problem yoxdur. Əsas odur ki, cəzanı mənə Allah verməsin, bunlarkimdirlər ki? Mənim üçün maraqlı deyil. İkincisi, əvvəlcə maraqlansınlargörsünlər ki, mən "Səbail”də rəsmi işçiyəm, müqaviləm var, yoxsa yox, sonra cəzaversinlər. Mənim klubla müqaviləm yoxdur. Maraqlıdır ki, cəzanı verən futboladamıdır, bu işi bilir ya yox? Mən "Səbail”də rəsmi şəxs kimi çalışmıram, sadəcə,elə-belə gedib-gəlirəm. Yazıblar, yazsınlar. Oyuna baxmağa getmişdim. Gördümhaqsızlıq var. Mən haqsızlığı qəbul etmirəm. "Səbail”in qapısına olmayan penaltiverdilər, mən də sadəcə, narazılığımı bildirdim. Hakim qərarını dəyişmədi. Onadedim ki, "səhv qərar vermisən”. Bunlar da yazıblar ki, guya təhqir edib, hədə-qorxugəlmişəm. Belə şey olmayıb. Getsinlər oyunlarını başqa yerdə oynasınlar. RamalHüseynov futbola qayıdır deyə bəziləri qorxuya düşüb. Onlara demək istəyirəmki, gedin başqa yerə, mənim meydançamda oynamayın. Bunu mənə qarşı pis fikirdəolan insanlara ünvanlayıram. "Səbail”dəki işimə gəlincə, bir aydır buradayam, seleksiyaçı-məşqçikimi çalışıram, amma rəsmi şəkildə müqavilə bağlamamışam. Bunlar mənə necə cəzaveriblər? Şikayət etmək, biz kişilərə yaraşmaz. Stadionlara girməyəcəyəm,problem yoxdur. Başqa şəkildə gücləri çatmır. Məni futboldan uzaqlaşdırmaq üçünoyun oynayırlar”.

SəbuhiHəsənov

Mənbə: qaynarinfo.az