Erməni iranşünas: “Türkmənistan İrandan yan keçərək neft və qazı Azərbaycana çatdırmağa daha çox meyllidir”

“İqtisadi Əməkdaşlıq Təşkilatını hələ 1985-ci ildə İran, Türkiyə və Pakistan yaradıb”. Ordu.az xəbər verir ki, bunu erməni iranşünas Emma Beqicanyan deyib.


Onun sözlərinə görə, Xəzər dənizində aralarındakı fikir ayrılıqlarını həll edən Türkmənistan və Azərbaycan münasibətlərini normallaşdırıb.

“Türkmənistan qazını Azərbaycana çatdırmaqla bağlı danışıq əvvəl də olub. Burada qeyd etmək lazımdır ki, Türkmənistan İrandan yan keçərək Xəzər dənizindən qaz və nefti Azərbaycana, oradan da Türkiyə üzərindən Avropaya çatdırmağa daha çox meyllidir”, - deyə Beqicanyan qeyd edib.

Erməni iranşünas Azərbaycanla İran arasındakı gərginliyin aradan qaldırılmasına toxunaraq bildirib ki, uzun gərginlikdən sonra indi bal ayı dövrüdür.

Alpər Mövludoğlu

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Hər kəsi təsirləndirən şəhid qızı rəssamlığı atasından öyrənib - VİDEO

SONRAKI XƏBƏR

Fatimə “Çakır“la bir arada - FOTO