Türkiyə Azərbaycana dərin quyu stansiyası verəcək

Türkiyə Azərbaycana dərin quyu stansiyası verəcək

Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair dekabrın 1-dən 3-dək aparılmış danışıqların nəticəsinə dair Razılaşma Protokolu imzalanıb.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, protokolu Türkiyə tərəfindən Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu, Azərbaycan tərəfindən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli imzalayıblar.

Qeyd edək ki, razılaşmaya əsasən Türkiyə Azərbaycana dərin quyu stansiyası verəcək və həmin stansiyanın 2022-ci ildə quraşdırılması nəzərdə tutulur.

Bundan başqa, qardaş ölkə Qarabağda seysmik stansiyaların quraşdırılması, kadrların təcrübə mübadiləsi, baş verən zəlzələlərə dair seysmik stansiya məlumatlarının mübadiləsi sahəsində Azərbaycana dəstək verəcək.

Mənbə: azertag.az