Gəncədə yaşayış binasında yanğın - Yaralı var

Gəncədə yaşayış binasında yanğın olub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Heydər Əliyev prospektindəki binaların birində baş verib.

Dərhal əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Şahin İbrahimov yanıq xəsarəti alıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Elmar Əli

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Almanlar bu təbliğatı yenidən işə salıb - Zaxarova

SONRAKI XƏBƏR

Koronavirusun dünyanı lərzəyə salan “omikron” ştamında insan geni aşkarlandı BU NƏ DEMƏKDİR VƏ NƏ İLƏ NƏTİCƏLƏNƏ BİLƏR...