Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI

Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbov yıxılaraq zədə aldığı üçün Moskvada xəstəxanaya yerləşdirmişdi.

Ramiz Abutalıbovun son durumu ilə bağlı Modern.az saytına məlumat verən yaxın dostu Nəsib Nəsiboğlu bildirib ki, diplomatın vəziyyəti ağırdı:

“Mən bu gün Moskvadan jurnalist Cəfər Sadıq ilə danışmışam. Cəfər mənə dedi ki, Ramiz müəllimin vəziyyəti elə ağır-stabil olaraq qalır. Hələ reanimasiyadadır, palataya köçürməyiblər.

Əməliyyat olunub, amma həkimlər ümidverici bir şey demirlər. Gözləyirik, ümidimiz Allaha qalıb. Mənim üçün çox dəyərli insandır, sağalması üçün dua edirik”.

Mənbə: modern.az