Yunan hərfləri bitəndən sonra mutasiyalar necə adlanacaq?

Yunan hərfləri bitəndən sonra mutasiyalar necə adlanacaq?

Hazırda koronavirus mutasiyaları yunan əlifbası ilə sıralanır, hər yeni mutasiya çıxanda növbəti hərfin adından istifadə ediilir. Bəs, görəsən yunan hərfləri bitəndən sonra yeni mutasiyalar necə adlanacaq?

Axar.az xəbər verir ki, bu barədə “Danışır Moskva” radiosuna açıqlama verən ÜST Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç mutasiyaların yunan hərfləri ilə adlandırılmasının 2021-ci ilin mayından başladığını bildirib.

“Bundan sonra onların necə adlandırılması məsələsinə isə ÜST-ün ekspertlərinin ümumi rəyindən sonra qərar veriləcək”, - deyə o bildirib.

Qeyd edilib ki, hazırda ən çox yayılan Delta və Omikron ştamlarıdır. Bu iki hərfin arasında “nyu” və ”ksi” hərfləri buraxılıb. Nyu – ingiliscə “yeni” mənasını verdiyi üçün istifadə olunmayıb, “ksi” isə çinlilərin Xi soyadına bənzədiyi və antiçin təəssüratı yarada biləcəyi üçün mutasiya adı daşımaq şərəfindən məhrum edilib.

Mənbə: axar.az