Gürcüstanda sutka ərzində koronavirusa 3 500-ə yaxın yeni yoluxma qeydə alınıb

Gürcüstanda sutka ərzində koronavirusa 3 500-ə yaxın yeni yoluxma qeydə alınıb

Gürcüstanda son sutka ərzində daha 3 410 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə ölkənin hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata görə, virusa yoluxmuş 4 732 nəfər müalicə olunaraq sağalıb, eyni zamanda 46 pasiyent vəfat edib.

Hazırkı dövrə qədər qonşu ölkədə COVID-19 infeksiyasına 865 293 nəfər yoluxub. Onların 806 596-sı sağalıb, 12 344-ü isə dünyasını dəyişib.

Mənbə: virtualaz.org