"Omikron" ştammının COVID-19-un daha ağır formasına gətirib çıxaracağını dəmək hələ tezdir - ÜST

Bakı. Trend:

İlkin məlumatlar koronavirusun "omikron" ştammı ilə yoluxanların COVID-19-u daha yüngül formada keçirtdiyini göstərir. Lakin bununla bağlı yekun nəticə çıxarmaq hələ tezdir.

Trend-in məlumatına görə, bu barədə "CBS" telekanalının efirində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bildirib.

Onun sözlərinə görə, "omikron" ştammının səbəb olduğu xəstəliyin ağır olma dərəcəsinə dair məlumatlar hər gün yenilənir:

"İlkin məlumatlar göstərir ki, "omikron" ştammına yoluxan insanlar adətən xəstəliyi daha yüngül fornada keçirirlər, lakin bu barədə danışmaq hələ tezdir".

M.Van Kerkhove qeyd edib ki, bu, xəstəliyə yolxmasınmdan tam sağalana qədər müddətdən keçmə prosesinin vaxt tələb etməsi əlaqədardır.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna ABŞ-a “Siç – 2-30” peykini göndərib ABŞ-DAN DA KOSMOSA GÖNDƏRİLƏCƏK

SONRAKI XƏBƏR

Gədəbəy İH və komissarlıqdan laqeydlik: gizirin dəfninə getmədilər – Foto