Ukrayna bütün gömrük rəsmiləşdirmələrini tamamlayıb və 2022-ci ilin yanvarında kosmosa buraxılması planlaşdırılan “Siç – 2-30” peykini ABŞ-a göndərib. Bunu Dnepr gömrük idarəsinin mətbuat xidməti bildirib.
Bundan əvvəl Ukrayna Dövlət Kosmik Agentliyinin rəhbəri Vladimir Taftay bildirmişdi ki, “Siç – 2-30” peyki planlaşdırılan bütün sınaqlardan uğurla keçib və Kanaveral burnunda (Florida, ABŞ) buraxılış bazasına göndərilməyə hazırdır. Cihazın təqdimatı 2022-ci il yanvarın 10-na planlaşdırılır.
virtualaz.org