Gədəbəy İH və komissarlıqdan laqeydlik: gizirin dəfninə getmədilər – Foto

 

 

Gədəbəy rayon İcra Hakimiyyəti və yerli hərbi komissarlıq gizir Şahin Hüseynovun dəfnində iştirak etməyib.

Tia.az məlumat verir ki, gizir bir neçə gün əvvəl xidmət vaxtı qayadan yıxılaraq həyatını itirib. O, 44 günlük müharibədə yaralanmış və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Lakin tale üzünə bu dəfə gülmədi və gecə saatlarında Kəlbəcərdə qaldığı ərazidə yıxılaraq həyatını itirib. Bununla belə yaxınları xidməti vaxtı həyatını itirdiyi üçün ona şəhidlik statusu verilməsini gözləyirlər. Eyni zamanda, gizirin dəfnində nə Müdafiə Nazirliyindən, nə Hərbi komissarlıqdan, nə Gədəbəy rayon İcra hakimiyyətindən nümayəndə iştirak edib.

Hətta yasına belə getməyiblər. Rayona yeni icra başçısı təyin olunmadığı üçün ən azı müavinlər səviyyəsində iştirak olmalı idi. Amma gizirə qarşı laqeyd münasibət sərgilənib və ailə üzvləri, yaxınları bu etinasızlıqdan narazı qalıblar. Halbuki onun qazi olması, döyüşlərdə yaralanması və həyatını da məzuniyyətdən hərbiyə qayıtdığı gün itirməsi amilləri nəzərə alınaraq ona diqqət göstərilə bilərdi.

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

"Omikron" ştammının COVID-19-un daha ağır formasına gətirib çıxaracağını dəmək hələ tezdir - ÜST

SONRAKI XƏBƏR

Belçikada sanitar rejim əleyhinə etiraz aksiyası keçirildi